Home Manşet ABŞ-ın seçki sistemi müasir demokratik standartlara cavab vermir – Rusiya XİN

ABŞ-ın seçki sistemi müasir demokratik standartlara cavab vermir – Rusiya XİN

330
0
SHARE

Rusiya Vaşinqtonda ötən gün baş verənləri ABŞ-ın daxili işi hesab edir.

Trend-in məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

O bildirib ki, ABŞ-dakı seçki sistemi köhnəlib:

“Bu, ABŞ-ın daxili işidir. Amma bir daha vurğulamaq lazımdır ki, ABŞ-ın seçki sistemi arxaikdir, müasir demokratik standartlara cavab vermir və çoxsaylı pozuntulara yol açır. ABŞ KİV-ləri isə siyasi mübarizənin alətinə çevrilib. Bu, hazırda ABŞ cəmiyyətində indi müşahidə olunan parçalanmaya gətirib çıxarıb”.