Home Manşet Ceyhun Bayramov İndoneziyada sərnişin təyyarisinin qəzaya uğraması ilə bağlı başsağlığı verib

Ceyhun Bayramov İndoneziyada sərnişin təyyarisinin qəzaya uğraması ilə bağlı başsağlığı verib

618
0
SHARE

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov “Twitter” hesabında İndoneziyada sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı paylaşım edib.

Trend-in məlumatına görə, paylaşımda deyilir:

“Cakartanın yaxınlığında baş verən faciəvi təyyarə qəzası ilə bağlı xəbərlər məni çox kədərləndirdi. Bu faciəvi təyyarə qəzasında yaxınlarını itirən ailələrə başsağlığı diləyirik. Dəstəyimiz və həmrəyliyimiz qardaş İndoneziya xalqıyladır”.

Qeyd edək ki, bu gün İndoneziyada sərnişin təyyarəsi Cakarta yaxınlığında Yava dənizinə düşüb. Təyyarənin göyərtəsində 50-dən çox sərnişinin olduğu qeyd olunub.