Home Manşet Dağlıq Qarabağda atəşkəsə əməl olunması üzrə fəaliyyətimizi davam etdirəcəyik – Çavuşoğlu

Dağlıq Qarabağda atəşkəsə əməl olunması üzrə fəaliyyətimizi davam etdirəcəyik – Çavuşoğlu

296
0
SHARE

Dağlıq Qarabağ münaqişəsinin səbəbi bir ölkənin digər ölkənin ərazilərini işğal etməsi və beynəlxalq hüququ açıq-aşkar pozması olub.

Trend-in məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu yerli mətbuata müsahibəsində deyib.

Nazir bildirib ki, Ermənistanın hücumlarına baxmayaraq, Azərbaycan özünü qətiyyətlə müdafiə edib və işğal altındakı torpaqlarının üzərində nəzarəti bərpa edib:

“Münaqişə 2020-ci il 9 noyabr birgə bəyanatı ilə, 44 gün sonra başa çatıb. Bu bəyanatda ilk növbədə Dağlıq Qarabağın Azərbaycana aid olduğu vurğulanır. Birgə bəyanat ATƏT Minsk qrupunun fikir və təkliflərini əhatə edir. Minsk qrupu yenə də bu prosesdə öz rolunu oynaya bilər. Həmsədrlər daha konstruktiv olmalı, keçmiş fəaliyyətlərindən dərs çıxarmalıdır”.

M.Çavuşoğlu əlavə edib ki, regionda dayanıqlı sülhün təmin olunması üçün böyük imkanlar yaranıb:

“Azərbaycanın dəvətinə cavab olaraq, atəşkəsə əməl olunması və bərpa işləri üçün fəaliyyətimizi davam etdirəcəyik. Atəşkəsi izləmək üçün Rusiya ilə ortaq mərkəz qurmuşuq. Bu atəşkəs çox önəmlidir və qorunmalıdır. “