Home Energetika Bu il Azərbaycanda maye karbohidrogenlərin hasilatı dəyişməz qalacaq – OPEC

Bu il Azərbaycanda maye karbohidrogenlərin hasilatı dəyişməz qalacaq – OPEC

680
0
SHARE

2021-ci ildə OPEC+ sazişi çərçivəsində xam neft hasilatını azaldılması ilə əlaqədar Azərbaycanda maye karbohidrogenlərin hasilatı 0,73 milyon barel/sutka səviyyəsində qalacaq.

Trend-in məlumatına görə, bu barədə OPEC-in yanvar hesabatında deyilir.

Hesabata əsasən, 2020-ci ilin noyabrında Azərbaycandan maye karbohidrogenlərin hasilatı 0,02 milyon barel/sutka artaraq 0,71 milyon barel/sutka təşkil edib:

“Neft hasilatı sutkada 0,59 milyon barel, qaz-kondensat hasilatı isə 0,12 milyon barel təşkil edib. “Şahdəniz” yatağında kondensat hasilatı rekord həddə, sutkada 123 min barelə çatıb. Bu göstəricinin getdikcə artacağı gözlənilir, çünki “Şahdəniz” üzrə tərəfdaşlar 2021-ci ildə yatağın dərinsulu cənub-şərq cinahını istismara verməyi planlaşdırır. 2020-ci ildə maye karbohidrogenlərin hasilatı 2019-cu illə müqayisədə, ilkin hesablamalara əsasən, 0,06 milyon barel/sutka azalaraq 0,73 milyon barel/sutka təşkil edib”.