Ermənistan parlamentinin deputatları Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanatının hüquqiliyinin müzakirəsi barədə məsələni iclasın gündəliyinə salmaqdan imtina edib.
Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, müxalif “Çiçəklənən Ermənistan” partiyasının irəli sürdüyü təklif səs çoxluğu ilə rədd edilib.
Qeyd olunur ki, bəyanatın müzakirəsinin lehinə 40, əleyhinə isə 73 deputat səs verib.