Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Vətən uğrunda həyatlarını qurban verən Azərbaycanın bütün qəhrəmanlarının xatirəsini yad edib.
Trend-in məlumatına görə, bu barədə Şuranın 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə əlaqədar bəyanatında deyilir.
Bəyanatda qeyd olunur: “Biz faciənin qurbanlarının nurlu xatirəsi qarşısında hörmətlə baş əyirik”.