Fransanın Azərbaycandakı səfiri Zakari Qross 20 Yanvar faciəsi haqqında paylaşım edib.
Trend-in məlumatına görə, səfir öz “Twitter” səhifəsində Sovet qoşunlarının Bakıda dinc əhalini qətlə yetirdiyini vurğulayıb:
“1990-cı ilin bu günü Sovet qoşunları Bakıda kütləyə atəş açdı. 130-dan çox dinc nümayişçi və ətrafda olan insanlar öldürüldü. İki ildən az müddət sonra Azərbaycan müstəqilliyini elan etdi”.