20 Yanvar şəhidləri müstəqilliyimiz yolunda öz canlarını qurban veriblər.
Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə bildirib.
O deyib ki, 44 günlük Vətən müharibəsi dövründə xalqımızın birliyi dəmir yumruğa çevrildi və şəhidlərimizin qisası alındı:
“Bu gün Azərbaycan xalqı Ali Baş Komandanın rəhbərliyi ilə qələbə qazandı. Bu qələbənin qədrini bilməliyik”.
Şeyxülislam qeyd edib ki, 20 Yanvar qırğınının baiskarları, o cümlədən Mixail Qorbaçov cəzasını almalıdır:
“Mixail Qorbaçov bu yaxınlarda açıqlama verdi, ikitərəfli danışdı”.