Home İdman “Yuventus” doqquzuncu dəfə İtlaiya Super Kubokunun qalibi oldu

“Yuventus” doqquzuncu dəfə İtlaiya Super Kubokunun qalibi oldu

384
0
SHARE

Bu gün Reco-nel-Emiliya şəhərində yerləşən “Mapei” stadionunda futbol üzrə İtaliya Super Kubokunun finalı baş tutub.

Trend-in məlumatına görə, final matçında “Yuventus” ilə “Napoli” qarşılaşıblar. Oyun Turin təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Oyunda qolları Kriştianu Ronaldu (64-cü dəqiqə) və Alvaro Morata (90+5-ci dəqiqə) vurublar.

Beləliklə, “Yuventus” tarixində doqquzuncu dəfə İtlaiya Super Kubokunun qalibi olub.

Qeyd edək ki, İtaliyada Super Kubok matçları 198-ci ildən keçirilir.