Home Manşet Meksika və ABŞ prezidentləri əməkdaşlığın inkişafını müzakirə ediblər

Meksika və ABŞ prezidentləri əməkdaşlığın inkişafını müzakirə ediblər

280
0
SHARE

Meksika prezidenti Andres Manuel Lopez Obrador amerikalı həmkarı Cosef Baydenla telefon danışıqları aparıb.

Trend TASS-a istinadən xəbər verir ki, latınamerikan dövlətinin başçısı bu barədə öz Twitter səhifəsində yazıb.

“Miqrasiya, kovid, inkişaf və rifah naminə əməkdaşlıq ilə bağlı məsələləri müzakirə etdik. Hər şey ölkələrimizin və xalqlarımızın rifahı naminə münasibətlərin yaxşı olacağını göstərir”, – Lopes Obrador bildirir. Danışıqlar Meksika liderinin ABŞ prezidenti ilə ilk söhbəti olub.

Meksika səlahiyyətliləri yanvarın 20-də Baydeni vəzifəyə gəlməsi münasibətilə təbrik ediblər. Latınamerikan dövlətinin hökuməti Ağ Evin yeni rəhbərinin ümumi sərhəddə divarın inşasını dayandırmaq qərarını alqışlayıb.

Meksika Birləşmiş Ştatların ən mühüm ticarət tərəfdaşlarından biridir. 2019-cu ildə iki ölkə arasındakı ticarət həcmi rekord göstəriciyə – 614,5 milyard dollar səviyyəsinə çatdı.