Home Manşet Deputat Ramil Həsən Türkiyədən gələn böyük nümayəndə heyəti ilə görüşdü

Deputat Ramil Həsən Türkiyədən gələn böyük nümayəndə heyəti ilə görüşdü

533
0
SHARE

Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsən “Tək Millət, Tək Ürək” Hümanitar Platforması çərçivəsində Azərbaycana səfər edən qardaş Türkiyənin dövlət adamları, millət vəkilləri, elm, təhsil, mətbuat və ictimai sektordan olan insanların təmsil olunduğu böyük nümayəndə heyəti ilə görüşüb.

tan.az-ın məlumatına görə, görüş çərçivəsində Azərbaycan-Türkiyə münasibətləri, bu əlaqələrin inkişafında qeyri-hökümət təşkilatlarının və parlamentarilərinin xüsusi rolu, eyni zamanda iki qardaş ölkənin dövlət başçıları Cənab İlham Əliyev və Cənab Rəcəb Tayyib Ərdoğanın liderlik etdiyi qardaşlıq münasibətlərinin inkişafı ilə bağlı həyata keçirilən lahiyələr istiqamətində fikir mübadiləsi aparılıb.

Həmçinin platforma çərçivəsində 2021-2022 ci il şəhid və qazi ailələrinin, onların yaxınlarının Türkiyədə pulsuz təhsillə təmin olunması mövzusunda geniş müzakirələr aparılıb, bu istiqamətdə ortaq razılıq əldə edilib.

Sonda “Tək Millət, Tək Ürək” Hümanitar Platformasının Baş kordinatoru, Millət vəkili Ramil Həsən şəhid və qazi ailələrinə Türkiyədən göstərilən hər tərəfli dəstəyə görə nümayəndə heyətinə səmimi təşəkkürünü bildirib. Millət vəkili bu cür humanist təşəbbüslərin davamlı olması üçün nümayəndə heyətinə qarşılıqlı əlaqələrin genişlənməsinin önəmini vurğulayıb