Home İdman FK “Barselona” keçmiş baş məşqçi Setyenə təzminat ödəməyəcək

FK “Barselona” keçmiş baş məşqçi Setyenə təzminat ödəməyəcək

358
0
SHARE

İspaniyanın “Barselona” futbol klubu komandanın keçmiş baş məşqçisi Kike Setyenə istefasından sonra təzminat ödəmək niyyətində deyil.

Trend-in məlumatına görə, tərəflər bu məsələni məhkəmədə həll etməyi planlaşdırır. Klub mütəxəssisin səriştəsinə şübhə etdiyi üçün mütəxəssisə cərimə ödəmək niyyətində deyil və Setyenə əvvəl almadığı bir ayın maaşının verilməsindən başqa ödəmələr etməyi düşünmür.

Daha əvvəl 62 yaşlı mütəxəssisin vəkillərinin katalonlardan 4 milyon avro məbləğində təzminat tələb edəcəyi bildirilib. Məşqçi klubu ötən ilin avqustunda tərk edib, lakin rəsmi olaraq yalnız 17 sentyabrda istefaya göndərilib.

Kike Setyen 2020-ci ilin yanvarından ispaniyalı Ernesto Valverdeni baş məşqçi vəzifəsində əvəzləyərək “Barselona”ya qəbul olunub. Məşqçi 17 avqust tarixində komandanın Almaniyanın “Bavariya” klubuna Çempionlar liqasının 1/4 finalında məğlub olduğundan sonra istefaya göndərilib. Ölkə çempionatında onun rəhbərliyi altında “Barselona” ikinci yeri tutub.