Home Cəmiyyət Qazi və ailəsi sosial dəstəklə təmin olunur

Qazi və ailəsi sosial dəstəklə təmin olunur

321
0
SHARE

Vətən müharibəsində yaralanmış qazilərimizlə bağlı sosial dəstək işləri müharibədə xəsarət alaraq sağ ayağının bir hissəsi amputasiya olunmuş Rüstəmli Vüsal Tağı oğlunu və ailəsini (Lənkəran şəhəri) də əhatə edir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə verilən məlumata görə, bu günlərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları Vüsalı ziyarət ediblər. Qazinin ailəsi 6 nəfərdən (özü, anası, qardaşı, həyat yoldaşı və iki azyaşlı övladı) ibarətdir. Atası vəfat edib.

Vüsala yaxın günlərdə əlillik dərəcəsi təyin olunacaq, birdəfəlik sığorta ödənişi, hər ay Prezidentin aylıq təqaüdü və müavinətlə təmin ediləcək. Bu barədə ona və ailə üzvlərinə məlumat verilib.

Qazinin həyat yoldaşına aylıq əsasda ünvanlı sosial yardım ödənilir.

Qardaşı marketdə işləyir. Anası üçün isə istəyinə uyğun olaraq özünüməşğulluq proqramı çərçivəsində broyler inkubatoru sahəsi üzrə təsərrüfat yaradılacaq.