Fransada ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 23 924 yoluxma halı qeydə alınıb.
Trend-in “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, ölkədə koronavirusa yoluxanların ümumi sayı 3 035 181 nəfərə çatıb.
Məlumata əsasən, ötən sutka koronavirusdan 230 nəfər ölüb, ölənlərin ümumi sayı 72 877 nəfər təşkil edir.