Home Biznes və iqtisadiyyat xəbərləri Tezliklə İranla Azərbaycan arasında yeni dəmiryolu terminalının inşası başlayacaq

Tezliklə İranla Azərbaycan arasında yeni dəmiryolu terminalının inşası başlayacaq

307
0
SHARE

Tezliklə İranla Azərbaycan arasında İranın şimal-qərbində yerləşən Ərdəbil vilayətinin Parsabad rayonunda dəmiryolu terminalının inşası başlayacaq.

Trend-in məlumatına görə, bunu İranın Ərdəbil vilayətinin valisi Əkbər Behnamcu deyib.

Ə.Behnamcunun sözlərinə görə, dəmiryolu terminalının inşası ilə əlaqədar Tehranda Azərbaycan-İran iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının 14-cü iclasında müqavilə imzalanıb.

O, əlavə edib ki, Ərdəbil-Parsabad dəmiryolunun ilk 25 kilometrinin xəritəsi hazırlanıb və araşdırmalar aparılıb:

 

“Azərbaycanın dəmiryolunun 10 kilometri yenilənəcək və 5 km uzunluğunda yeni dəmiryolu çəkiləcək”.

Vali deyib ki, dəmiryol terminalı vasitəsi ilə İranın Ərdəbil vilayətinin Azərbaycan, Rusiya və Orta Asiya ölkələrinə kənd təsərrüfatı məhsullarının ixracı artacaq:

“Bu terminal və iki ölkə arasında birgə sənaye parkının yaradılması ilə bölgədə investisiya imkanları artacaq”.