Home İdman Azərbaycanda əhali arasında populyar idman növləri açıqlanıb

Azərbaycanda əhali arasında populyar idman növləri açıqlanıb

573
0
SHARE

Koronavirus pandemiyası bütün sahələrə olduğu kimi idmana da mənfi təsir göstərib.

Trend xəbər verir ki, ilkin məlumatlara görə, 2021-ci ilin əvvəlinə Azərbaycanda idman qurğularının sayı 11,6 mini keçib. Əhali arasında futbol, voleybol, şahmat, atletika, dama, basketbol, sərbəst güləş, stolüstü tennis, karate, taekvondo və cüdo kimi idman növlərinə daha çox maraq göstərilir.

Ötən il ərzində yığma komandalarımızın idmançıları Macarıstanın Budapeşt şəhərində yeniyetmə və gənclər arasında keçirilən karate üzrə Avropa çempionatında 4 qızıl, 1 gümüş və 3 bürünc medal, İtaliyanın Roma şəhərində keçirilən güləş üzrə Avropa çempionatında 2 qızıl, 2 gümüş və 9 bürünc medal, İspaniyanın Fuenxirola şəhərində keçirilən cüdo üzrə Avropa kuboku yarışlarında 2 qızıl, 4 gümüş və 3 bürünc medal qazanmış, digər beynəlxalq yarışlarda da yüksək nailiyyətlər göstərmişlər.

İdmançılarımız tərəfindən olimpiya və qeyri- olimpiya idman növləri üzrə rəsmi beynəlxalq yarışlarda 60 qızıl, 46 gümüş və 86 bürünc olmaqla, ümumilikdə 192 medal əldə edilmişdir.