Beynəlxalq Gimnastika Federasiyası (FIG) Bakıda keçirilməli olan idman gimnastikası üzrə Dünya kubokunu təxirə salıb.
Trend bu barədə FIG-ə istinadən məlumat verir.
Həmin qərar pandemiya ilə əlaqədar tətbiq olunan məhdudiyyət tədbirləri ilə bağlı verilib.
Dünya kuboku martınn 4-dən 7-dək keçirilməli idi.
Qeyd edək ki, bir müddət əvvəl 13-14 fevral tarixlərində Bakıda keçirilməli olan batut gimnastikası və tamblinq üzrə Dünya kuboku da təxirə salınmışdı.