Almaniyalı mütəxəssis Tomas Tuxel İngiltərənin “Çelsi” futbol klubunun baş məşqçisi vəzifəsinə təyin olunub.
Trend-in məlumatına görə, bu barədə London komandasının mətbuat-xidməti bildirib.
Məlumata əsasən, müqavilə 1,5 il müddətinə bağlanıb. Bu vəzifədə o Frenk Lempardı əvəz edib.
Qeyd edək ki, cari mövsümdə klub 19 turun nəticələrinə əsasən 29 xalla İngiltərə çempionatında doqquzuncu sırada yer alıb.