Rusiyada koronavirusa yoluxanların sayı 3,75 milyonu keçib.
Trend-in məlumatına görə, ölkədə son sutka ərzində 18 241 nəfər virusa yoluxub, 564 nəfər isə həyatını itirib.
Bu günə qədər Rusiyada 3 756 931 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 70 482 nəfərə çatıb.
Ölkə ərazisində ümumilikdə 3 174 561 şəxs virusdan sağalıb, 511 888 nəfərin müalicəsi isə davam edir.