Avropa İttifaqı (Aİ) və Azərbaycan ölkənin post-pandemiya dövründə dəstəklənməsi üçün növbəti iki il üçün proqramı müəyyən edib.
Trend-in məlumatına görə, bunu Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas deyib.
O əlavə edib ki, proqramın reallaşdırılması üçün maliyyə də müəyyənləşdirilib.
K.Yankauskasın sözlərinə görə, fevralın 15-də “EU for Azerbaijan” saytı işə salınacaq və bu saytda layihələr barədə məlumat yerləşdiriləcək.