İran yaxın zamanlarda Azərbaycan və Türkiyə xarici işlər nazirlərini üçtərəfli danışıqların keçirilməsi üçün qəbul etməyə hazırlaşır.
Trend-in məlumatına görə, bunu Türkiyədə səfərdə olan İran xarici işlər naziri Məhəmməd Cavad Zərif deyib.
O bildirib ki, hazırda regionun altı ölkəsinin əməkdaşlığı üçün platforma hazırlanıb:
“Biz müxtəlif sahələrdə əməkdaşlığı inkişaf etdirə bilərik. İran və Türkiyədə Cənubi Qafqazda əməkdaşlığı region ölkələrinə faydalı olacaq”.