Mərkəzin fəaliyyəti regionda uzunmüddtli sülh və təhlükəsizliyin bərqərar olmasına öz töhvəsini verəcək.
Trend-in Qarabağ bürosunun məlumatına görə, bunu Ağdam rayonunda Ortaq mərkəzin açılışı zamanı Müdafiə naziri, general – polkovnik Zakir Həsənov deyib.
Nazir bildirib ki, eyni zamanda əminik ki, həmin mərkəzdə türk və rus həmkarlarımız arasında dost və işçi münasibətlər yaranacaq:
“Türkiyə və Rusiya hərbi qüulluqçularının atəşkəsə nəzarət üzrə birgə mərkəzinə fəaliyyətində uğurlar arzulayıram”