ABŞ Dağlıq Qarabağ, Ukrayna, Liviya və Koreya məsələləri ilə əlaqədar Rusiya ilə əməkdaşlıq edir və dialoqu davam etdirmək niyyətindədir:
Trend-in məlumatına görə, bunu ABŞ-ın Rusiyadakı səfiri Con Sallivan mətbuata müsahibəsində deyib.
O bildirib ki, bir müddət əvvəl fransalı həmkarı ilə birlikdə Rusiya Xarici İşlər Nazirliyində brifinqdə iştirak edib:
“ABŞ, Fransa və Rusiya Minsk qrupunun həmsədrləridir. Brifinq zamanı bizi Dağlıq Qarabağdakı vəziyyət və Azərbaycanla Ermənistan arasında başa çatmış münaqişə barədə məlumatlanırıblar. Bu, ABŞ-ın Rusiya ilə, eləcə də Fransa ilə əməkdaşlıq etdiyi sahələrdən biridir və biz bu məsələlərlə əlaqədar əməkdaşlığımızı davam etdirmək istəyirik”.