Home Manşet Qarabağın azad edilməsi prosesində Türkiyə Azərbaycanın yanında yer alıb – İbrahim Kalın

Qarabağın azad edilməsi prosesində Türkiyə Azərbaycanın yanında yer alıb – İbrahim Kalın

273
0
SHARE

Biz “Bir millət, iki dövlət” prinsipini əsas tutaraq azərbaycanlı qardaşlarımızın 30 illik Qarabağ həsrətini başa çatdırdıq.

Trend-in məlumatına görə, bunu Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın deyib.

O bildirib ki, Qarabağın azad edilməsi prosesində Türkiyə Azərbaycanın yanında yer alıb:

“Eyni zamanda böyük bir ədalətsizlik də aradan qaldırıldı. 30 illik münaqişə 44 gün ərzində necə başa çatdırıldı, Qarabağ necə işğaldan azad edildi, bu müddətdə nələr baş vedi, hansı addımlar atıldı? Bunu mütəxəssislər və gənc siyasətçilər öyrənməli və tədqiq etməlidir. Qarabağ məsələsinin həll olunması ilə Cənubi Qafqazda yeni geosiyasi vəziyyət yaranacaq və burada yeni imkanlar və fürsətlər yaranacaq”.