Home Cəmiyyət Vətən Müharibəsinin 31 iştirakçısına əlilliyin təyinatı aparılıb

Vətən Müharibəsinin 31 iştirakçısına əlilliyin təyinatı aparılıb

332
0
SHARE

Bu günə qədər 31 nəfər Vətən Müharibəsi iştirakçısına əlilliyin təyinatı aparılıb.

Trend-in məlumatına görə, bunu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədri Cavid Əbdül-Qədirov bu gün keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, indiyədək Agentliyin nəzdindəki müvafiq işçi qrupun üzvləri 3000-dək ailəni ziyarət edib. Onların 300-dən çoxunun səhhətində geridönməz proseslərin olduğu müəyyən edilib.

C.Əbbül-Qədirov əlavə edib ki, əlilliyin təyinatı aparılmış şəxslər 2-3 həftə ərzində reabilitasiya tədbirlərinə cəlb edilir.