Home Siyasət Serbiya Baş Nazirinin müavini və Azərbaycan nümayəndələri arasında görüş keçirilir

Serbiya Baş Nazirinin müavini və Azərbaycan nümayəndələri arasında görüş keçirilir

604
0
SHARE

Ölkəmizdə səfərdə olan Serbiya Respublikasının Baş Nazirinin müavini, Daxili İşlər naziri və Milli Təhlükəsizlik Şurasının katibi Neboyşa Stefanoviçlə görüş keçirilir.

Trend-in məlumatına görə, görüşdə Azərbaycan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi Ramil Usubov, Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Azərbaycan Xarici İşlər nazirinin müavini Araz Əzimov və Azərbaycanın Serbiyadakı səfiri Eldar Həsənov iştirak edirlər.