Home Siyasət Hikmət Babaoğlu: ATƏT-in Minsk Qrupu öz missiyasını yalnız Ermənistan dara düşəndə tərəfləri...

Hikmət Babaoğlu: ATƏT-in Minsk Qrupu öz missiyasını yalnız Ermənistan dara düşəndə tərəfləri sülhə çağırmaqla bitmiş hesab edir

591
0
SHARE

Tovuz təxribatından sonra, həm hərbi, həm də diplomatik-siyasi müstəvidə layiqli cavab alan ermənilər görünür, yeni təxribatlar yaratmağa cəhd etməklə sonuncu uğursuzluqlarını daxili ictimai rəydə kompensasiya etməyə çalışırlar.

Bunu Trend-ə Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

Deputat bildirib ki, ancaq Qarabağ probleminin bu cür manipuliyasiya edilməsi uzun müddət davam edə bilməz və Azərbaycanın ərazi bütövlüyü işğalçı Ermənistanın daxili siyasət spekulyasiyasına çevrilə bilməz. Dağlıq Qarabağdakı qondarma rejimin başçısı , terrorist Araik Arutunyan Gəncəni vurmaqla bağlı sərsəm fikirlər irəli sürüb . Bu seperatçı əmin olmalıdır ki, onun səsi elə çıxdığı yerdəcə susdurulacaq və buna çox az qalıb . Xankənidi də , bütün Qarabağ da tezliklə öz həqiqi sahibinə, Azərabycana qovuşacaq:

“Elə Tovuz təxribatından sonra işğalçı ölkənin ən sadiq havadarlarının belə Ermənistana sahib çıxmaması görünür bütün paşinyanları , arutunyanları isterika vəziyyətinə salıb və onlarda nostalji hissələrini o qədər qabardıb ki , Gəncənin adını belə Kirovabad kimi söyləməyə məcbur edib .Ancaq seperatçılar və işğalçılar bilməlidirlər ki , yeni tarixi mərhələ başlayıb və onların böyük nostalji hissi ilə xatırladıqları sövet imperiyası və onun işğal maşını yeni mərhələdə real hərbi-siyasi mexanizm deyil və speratçı rejimi dəstəkəlyən qarbaçovlar da artıq yoxdur .Təccüb və təssüf doğuran isə odur ki , seperatçı Arutunyanın yeni terror aktı planları ilə bağlı səsləndirdiyi fikrlərə ATƏT-in Minsk qrupu və digər müvafiq beynəlxalq təşkilatlar heç bir reaksiya vermirlər . Görünür ATƏT-in Minsk Qrupu öz missiyasını yalnız Ermənistan dara düşəndə tərəfləri sülhə çağırmaqla bitmiş hesab edir . Bu cür davranışa son qoyulmalıdır . Onsuz da gərgin olan regionumuzda növbəti təxribatların böyük müharibəyə çevrilməsi əsla istisna deyil . İşğal faktı qaldıqca müharibə riski də qalacaq .Vasitəçilik missiyası üçün BMT Təhlükəsizlik Şurasından mandat alan Minsk Qrupu ya missiyasını yerinə yetirməli ya da fəaliyyətinidə iflasa uğradığını etiraf etməlidir”.