Home Cəmiyyət Pandemiya dövründə müəllimlərin 37 faizi yaşa görə risk qrupuna daxildir – Nazirlik

Pandemiya dövründə müəllimlərin 37 faizi yaşa görə risk qrupuna daxildir – Nazirlik

493
0
SHARE

Pandemiya dövründə müəllimlərin 37 faizi yaşa görə risk qrupuna daxildir.

Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının “Pandemiya şəraitində təhsil sisteminin üzləşdiyi çətinliklər və təhsil prosesinin səmərəli təşkilinə ictimai dəstək” mövzusunda onlayn konfransında Təhsil nazirinin müşaviri Elnur Nəsibov deyib.

O, pandemiya dövründə təhsil ictimaiyyətinin qarşısında dayanan yeni çağırış və imkanların geniş müzakirəsinin faydalı olduğunu bildirib. Təhsil Nazirliyinin ölkədəki sanitar-gigiyenik vəziyyəti daim monitorinq etdiyini deyən Elnur Nəsibov, həmçinin ictimai rəyin də diqqətlə öyrənildiyini bildirib. Nazirlik rəsmisi ARB Günəş və Mədəniyyət televiziya kanallarının efirində təşkil olunan dərslərin, həmçinin virtual dərslərin məktəblilər üçün mühüm alternativ olduğunu deyib.

E.Nəsibov bildirib ki, yeni tədris ilində təhsilin formaları ilə bağlı axtarış və müzakirələr hazırda davam etdirilir. Təhsil nazirinin müşaviri valideynlərin övladlarının təhsilini distant və ənənəvi formada davam etdirməsi ilə bağlı seçim imkanına malik olacağını deyib.