Home Xəbərlər Rusiyada koronavirusa yoluxanların sayı 960 mini keçib

Rusiyada koronavirusa yoluxanların sayı 960 mini keçib

306
0
SHARE

Rusiyada koronavirusa yoluxanların sayı 960 min nəfəri keçib.

Trend-in məlumatına görə, ölkədə son sutka ərzində 4 744 nəfər virusa yoluxub, 65 nəfər isə həyatını itirib.

Bu günə qədər Rusiyada 961 493 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 16 448 nəfərə çatıb.

Ölkə ərazisində ümumilikdə 773 095 nəfər virusdan sağalıb, 171 950 nəfərin müalicəsi isə davam edir.