Home Cəmiyyət Akif Qurbanov: Məktəblilər virusu əsasən yüngül formada keçirir

Akif Qurbanov: Məktəblilər virusu əsasən yüngül formada keçirir

599
0
SHARE

Məktəb yaşlı uşaqlar elə bir qrupdur ki, onlarda virus əsasən asimptomatik olur.

Trend-in məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində
Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyəti yanında tibbi-elmi komitənin sədri Akif Qurbanov deyib.

Onun sözlərinə görə, məktəblərdə virusun yayılmasından narahatlıq yoxdur: “Biz qorxuruq ki,uşaqlar daşıyıcı olub yoluxdura bilər. Ona görə də biz məktəblilərin toplanmasından ehtiyat etmirik. Biz əsasən şagirdlərin müəllimlərlə təması nəticəsində bu virusun yayılmasından ehtiyat edirik. Yəni şagirdlər bu virusa yoluxaraq başqalarına yoluxdura bilər”

A. Qurbanov bildirib ki, buna görə də hesab olunur ki, məktəbə qədər müəssiələrin açılmasında xüsusi qaydalar olacaqdır. Sxılığın azaldılması, kütləviliyin az olması ilk növbədədir. Valideynlərlə məktəbəqədər müəssisələrin müəllimlər arasında müzakirələrin aparılması, prosesin nizamlanması ilə uşaqların yoluxması məsələsi minumuma endiriləcəkdir.