Suriyanın hava hücumundan müdafiə sistemləri Homs vilayətindəki hərbi hava limanına raket hücumunu dəf edib.
Trend-in məlumatına görə, bu barədə SANA agentliyi bildirib.
Məlumata əsasən, zərbələr İsrailin Hərbi Hava Qüvvələrinin təyyarələri tərəfindən ABŞ bazasının yerləşdiyi Əl-Tanf sərhəd rayonundan endirilib.
Bildirilib ki, Homs vilayətinin şərqində yerləşən T-4 hərbi hava limanı hücuma məruz qalıb:
“Suriyanın hava hücumundan müdafiə sistemləri düşmən hədəflərinin çoxunu vurmağı bacarıb”.
Mənbə bildirir ki, yalnız maddi ziyan dəyib, şəxsi heyət arasında itki yoxdur.