Home Dünya xəbərləri Türkiyədə koronavirusdan daha 1 211 nəfər sağalıb

Türkiyədə koronavirusdan daha 1 211 nəfər sağalıb

554
0
SHARE

Türkiyədə son sutka ərzində koronavirusdan daha 49 nəfər dünyasını dəyişib.

Trend-in məlumatına görə, bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca özünün “Twitter” səhifəsində yazıb.

Onun sözlərinə görə, son 24 saatda 110 225 şübhəli koronavirus testindən keçib, onlardan 1642-nin cavabı pozitiv çıxıb, ağır xəstə sayı 1041 nəfər olub, 1211 xəstə isə sağalaraq evə buraxılıb.

 

Qeyd edək ki, Türkiyədə ümumilikdə 274 943 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, indiyədək onlardan 248 087 nəfər sağalıb, 6511 nəfər ölüb.

Qeyd edək ki, Türkiyədə ümumilikdə 274 943 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, indiyədək onlardan 248 087 nəfər sağalıb, 6511 nəfər ölüb.