Home Dünya xəbərləri ABŞ Maliyyə Nazirliyi Venesuelaya qarşı sanksiyaları genişləndirib

ABŞ Maliyyə Nazirliyi Venesuelaya qarşı sanksiyaları genişləndirib

551
0
SHARE

ABŞ Venesuelanın 4 vətəndaşına qarşı sanksiyalar tətbiq edib.

Trend-in “TASS”a istinadən verdiyi məlumata görə, bu barədə ABŞ Maliyyə Nazirliyinin bəyanatında deyilir.

Bildirilir ki, sanksiyalar Venesuelanın Milli Seçki Şurasının sədri İndira Alfonso, Milli Seçki Şurasının nümayəndəsi Xose Luis Qutyerres, mülkiyyət məsələləri üzrə dövlət maraqlarının qorunması üzrə müvəkkil Reynaldo Munyos və siyasətçi David de Limaya qarşı tətbiq edilib.

Qeyd edilir ki, sanksiyalar siyahıda olan şəxslərin ABŞ-dakı hər hansı bir əmlakının dondurulmasını nəzərdə tutur.