Home Manşet Azər Kərimli: Ermənistanın ötürmək istədiyi mesajlar separatçı rejimin dili ilə səsləndirilir”

Azər Kərimli: Ermənistanın ötürmək istədiyi mesajlar separatçı rejimin dili ilə səsləndirilir”

592
0
SHARE

“Ermənistan nəyin bahasına olursa-olsun ATƏT-in Minsk qrupununun vasitəçilik missiyası çərçivəsində daha öncə qəbul etdiyi prinsiplərdən imtina etməyə, danışıqlar prosesinin “0” nöqtəsinə qaytarılması, yaxud tamamilə sıradan çıxması üçün təxribat xarakterli əməllərinin sərhədlərini genişləndirməyə çalışır.

 

Bunu tan.az saytına açıqlamasında millət vəkili, Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Azər Kərimli deyib.

Millət vəkili Ermənistan rəhbərliyinin davranışlarında danışıqlar prosesinin bərpa edilməməsi, prosesin qeyri-müəyyən vaxta qədər uzadılması üçün yeni tendensiyaların nəzərə çarpdığını da bildirib.

 

O, qeyd edib ki, Nikol Paşinyan və digərləri işğal altında olan Azərbaycan ərazilərində formalaşdırılmış qondarma rejimin danışıqlar prosesinə qoşulması ilə bağlı iddialar irəli sürsələr də, indi bu iddialarla yanaşı təcavüzkar ölkənin işğalın davam etməsindəki rolunu arxa plana çəkməyə çalışırlar:

“Hazırda işğalçı Ermənistanın daxili və xarici ictimai rəyə ötürmək istədiyi mesajlar separatçı rejimin dili ilə səsləndirilir. Ermənistan siyasətçilərinə isə tövsiyyə olunur ki, onlar Dağlıq Qarabağ haqqında mümkün qədər daha az danışsınlar və qondarma rejimin təmsilçilərinin tərəf görüntüsünü yaratmaq üçün onların önə çıxmasına, ictimai rəydə mövqelərinin möhkəmlənməsinə dəstək versinlər. Bu tendensiya Ermənistan mətbuatında yayımlanan materiallarda, o cümlədən bu ölkənin təhlükəsizlik orqanlarında təmsil olunan şəxslərə istinadən verilən məlumatlarda da nəzərə çarpır”.

Millət vəkili qeyd edib ki, bu manipulyativ hərəkətlər, mövcud status-kvonun qorunub saxlanılması ilə yanaşı, həm də diqqətin ölkə daxilindəki problemlərdən yayındırılmasına xidmət edir:

“Koronavirusa yoluxanların və ölənlərin sayına görə, Ermənistan nəinki region dövlətləri, hətta Avropa ölkələri ilə müqayisədə ön sırada qərarlaşıb. Digər tərəfdən ölkədəki sosial-iqtisadi vəziyyət o qədər acınacaqlıdır ki, Ermənistan vətəndaşları Rusiyaya və digər ölkələrə günəmuzd işlərdə çalışmağa getmək üçün sərhədlərin açılmasını tələb edir, bununla bağlı parlament və hökumət binaları qarşısında etiraz aksiyaları keçirirlər”.