Home Cəmiyyət BNA deputatı böyük məbləğdə cərimələyib

BNA deputatı böyük məbləğdə cərimələyib

471
0
SHARE

“Bakı Nəqliyyat Agentliyinin (BNA) işçiləri hərəsi əlinə bir fotoaparat alıb maşını saxlayan kimi şəkilini çəkib, qaçırlar”.

Trend-in məlumatına görə, bunu Milli Məclisin deputatı Rüfət Quliyev parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deyib.

R.Quliyev bildirib ki, BNA əməkdaşları bununla bağlı vətəndaşlara heç bir izahat vermir:

“Heç biri izah etmir ki, ay vətəndaş, sən burada düzgün saxlamamısan. Elə heç nə izah etməmiş gəlib maşının şəkilini çəkib, qaçırlar. Sürücümdən soruşuram ki, nə qədər cərimə var, elə bir məbləğ dedi ki, burada səsləndirilməli deyil, yəni böyük məbləğdir”.

R.Quliyev bildirib ki, BNA cərimələrdən yığılan pulun hesabatını verməlidir: “Gündə 5 min adama 20 manatdan cərimə yazanda bu, xeyli vəsait edir. Ancaq hesabat verilmir ki, bu qədər pul hara xərclənir, nəyə sərf olunur. Hesab edirəm ki, Bakı Nəqliyyat Agentliyindən bura bir nümayəndə dəvət edək, bir cavab versin, görək, bu pullar hara xərclənir”.