Home Dünya xəbərləri ABŞ dörd bombardmançı təyyarəsini Quama ötürüb

ABŞ dörd bombardmançı təyyarəsini Quama ötürüb

431
0
SHARE

ABŞ Hava Qüvvələri dörd “B-1 B Lancer” strateji bombardmançı təyyarəsini və 200 hərbçisini Cənubi Dakota ştatından Quamdakı “Andersen” hərbi hava bazasına yollayıb.

Trend TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ hərbi hava qüvvələrinin Sakit Okean komandanlığının saytında yayımlanan məlumatda bildirilir.

“Bombardmançılar <…> [hava bazada] müttəfiqlər, tərəfdaşlar və birləşmiş qüvvələrlə Sakit Okean hava qüvvələrinin təlimlərini dəstəkləmək, eyni zamanda bölgədəki beynəlxalq asayişi qorumaq və strateji vəzifələri yerinə yetirmək üçün yerləşdirilib”, -məlumatda deyilir.

Açıqlamaya görə, Quama gəlmədən əvvəl ötürülən bombardmançılardan ikisi Yaponiyanın özünümüdafiə qüvvələri ilə ortaq təlimdə iştirak ediblər.