ABŞ Hava Qüvvələri dörd “B-1 B Lancer” strateji bombardmançı təyyarəsini və 200 hərbçisini Cənubi Dakota ştatından Quamdakı “Andersen” hərbi hava bazasına yollayıb.
Trend TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ hərbi hava qüvvələrinin Sakit Okean komandanlığının saytında yayımlanan məlumatda bildirilir.
“Bombardmançılar <…> [hava bazada] müttəfiqlər, tərəfdaşlar və birləşmiş qüvvələrlə Sakit Okean hava qüvvələrinin təlimlərini dəstəkləmək, eyni zamanda bölgədəki beynəlxalq asayişi qorumaq və strateji vəzifələri yerinə yetirmək üçün yerləşdirilib”, -məlumatda deyilir.
Açıqlamaya görə, Quama gəlmədən əvvəl ötürülən bombardmançılardan ikisi Yaponiyanın özünümüdafiə qüvvələri ilə ortaq təlimdə iştirak ediblər.