Home Manşet Qarabağda ermənilərin qanunsuz məskunlaşdırılması demoqrafik vəziyyəti dəyişməyə yönəlmiş pozucu addımdır – Beynəlxalq...

Qarabağda ermənilərin qanunsuz məskunlaşdırılması demoqrafik vəziyyəti dəyişməyə yönəlmiş pozucu addımdır – Beynəlxalq ekspert

783
0
SHARE

Ermənistanın Suriyadan və Livandan olan erməniləri Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisinə və ətraf rayonlara köçürməsi beynəlxalq cinayət hesab olunur və Azərbaycan ərazilərində demoqrafik vəziyyəti dəyişməyə yönəlmiş pozucu addımdır.

Bunu Trend-ə geosiyasət və beynəlxalq məsələlər üzrə ekspert Malik Ayub Sumbal deyib.

O qeyd edib ki, Azərbaycan Ermənistan tərəfinin bu mənfur hərəkətinin qarşısını almaq üçün BMT Təhlükəsizlik Şurasının qətnamələrini əsas götürməlidir:

“Ermənistanın qanunsuz köçürmə planı regionda sabitliyi pozur və münaqişənin həllini daha da çətinləşdirir. Ermənistan qanunsuz köçürülən insanları gələcəkdə Azərbaycana qarşı istifadə edəcək. Bu baxımdan, ermənilərin Dağlıq Qarabağda qanunsuz məskunlaşdırılmasının qarşısını almaq üçün təcili tədbirlər görülməlidir. Həmçinin, bu məsələ beynəlxalq müstəviyə çıxarılmalıdır”.

M.Sumbal bildirib ki, bu arada ATƏT-in Minsk qrupu sakit müşahidəçi rolunu oynayır: “Bu qrup Dağlıq Qarabağ münaqişəsini həll etmək üçün yaradılıb. Lakin son hadisələr göstərdi ki, Minsk qrupu köhnəlmiş bir qruma çevrilib. Minsk qrupu bu qanunsuz məskunlaşdırma məsələsini ciddi nəzarətə götürməli və bunun qarşısını almalıdır”.