Home Dünya xəbərləri Rusiya və Türkiyə arasında Suriya və Liviya üzrə məsləhətləşmələrin növbəti raundu keçiriləcə

Rusiya və Türkiyə arasında Suriya və Liviya üzrə məsləhətləşmələrin növbəti raundu keçiriləcə

631
0
SHARE

Rusiya və Türkiyə arasında 15-16 sentyabr tarixlərində Suriya və Liviyadakı vəziyyətlə bağlı məsləhətləşmələrin növbəti raundu keçiriləcək.

Trend-in “TASS”a istinadən verdiyi məlumata görə, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyindən bildiriblər.

Məlumatda deyilir: “Suriya və Liviya ilə əlaqəli məsləhətləşmələr Türkiyə və Rusiya idarələrarası nümayəndə heyətləri arasında 15-16 sentyabr tarixlərində Ankarada texniki səviyyədə davam edəcək”.

Qeyd edək ki, məsləhətləşmələrin bundan öncəki raundu 31 avqust – 1 sentyabr tarixlərində Moskvada keçirilib.