Braziliyada ötən sutka ərzində yeni növ koronavirusa 33 057 nəfər yoluxub.
Trend-in məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.
Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 4 528 240 nəfərə çatıb.
Bildirilir ki, ötən sutka ərzində koronavirusdan 739 nəfər ölüb, ölənlərin ümumi sayı 136 532 nəfər təşkil edir.