Home Dünya xəbərləri Fransanın dövlət borcu rekord həddə çatıb

Fransanın dövlət borcu rekord həddə çatıb

628
0
SHARE

2020-ci ilin ilk 6 ayı ərzində Fransanın dövlət borcu rekord həddə çatıb.

Trend-in məlumatına görə, bu göstərici Fransanın ümumi daxili məhsulunun 114,1 faizini təşkil edib.

İyulun 1-ə olan vəziyyətə görə, Fransanın dövlət borcu 2 trilyon 638,3 milyard avroya bərabər olub. Bu rəqəm aprelin 1-i ilə müqayisədə 113,4 milyard avro artıb.

Bu, 1995-ci ildən bəri qeydə alınan ən yüksək artım olub.