Home Manşet Ceyhun Bayramovun estoniyalı həmkarı ilə telefon danışığı olub

Ceyhun Bayramovun estoniyalı həmkarı ilə telefon danışığı olub

241
0
SHARE

Xarici İşlər naziri Ceyhun Bayramovun Estoniya Xarici İşlər naziri Urmas Reinsalu ilə telefon danışığı baş tutub.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Trend-ə verilən məlumata görə, bölgədə davam edən gərgin vəziyyətdən narahatlığını ifadə edən Estoniya xarici İşlər naziri, tərəfləri təmkinli davranmağa çağırıb və münaqişənin dialoq yolu ilə həllinin vacibliyini qeyd edib.

Öz növbəsində, nazir Ceyhun Bayramov Estoniyalı həmkarını Ermənistanın davam edən son dərəcə təxribatçı addımlarının davamı olaraq, 27 sentyabr tarixində cəbhə boyu Azərbaycana qarşı yeni təcavüz aktı törətdiyini və Azərbaycan silahlı qüvvələrinin buna cavab olaraq əks tədbirlər gördüyünü bildirib. Azərbaycanlı mülki şəxsləri və obyektləri məqsədyönlü şəkildə hədəfə alan Ermənistan tərəfinin bu dəfə də beynəlxalq humanitar hüququ kobudcasına pozaraq dinc əhalini artilleriya atəşinə tutduğu və nəticədə Azərbaycanın mülki əhalisi arasında itkilərin olduğu qarşı tərəfin diqqətinə çatdırıldı. Azərbaycan silahlı qüvvələrinin öz beynəlxalq tanınmış sərhədləri çərçivəsində mülki əhalinin təhlükəsizliyini təmin etmək üçün düşmən qüvvələrinə qarşı cavab tədbirləri gördüyü vurğulandı. Nazir Ceyhun Bayramov bölgədə yaşanan bu gərginliyin tam məsuliyyətinin Ermənistan üzərində olduğunu qarşı tərəfin diqqətinə çatdırıb.