Hamı başa düşməlidir ki, status-kvo uzun müddət davam edə bilməz. Hər kəs gördü ki, Azərbaycan uzun müddət gözləyə bilməz.
Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidentinin xarici işlər üzrə köməkçisi Hikmət Hacıyev deyib.
Onun sözlərinə görə, bundan sonrakı dövrdə danışıqlar davam edəcəksə, bu, konkret məzmunlu və nəticəyönümlü danışıqlar olmalıdır: “İmitasiyayönümlü danışıqlar ola bilməz. Azərbaycanın ərazi bütövlüyü təmin olunmalıdır. Bu olmadan regionda davamlı sülhə nail olmaq mümkün deyil”.