Home Cəmiyyət Moskvada terror aktının qarşısı alınıb

Moskvada terror aktının qarşısı alınıb

282
0
SHARE

Rusiyanın Federal Təhlükəsizlik Xidməti Moskvada terror aktının qarşısını alıb.

Trend-in məlumatına görə, Xidmətin keçirdiyi əməliyyat nəticəsində Mərkəzi Asiyadan olan şəxs saxlanılıb.

Onun gizləndiyi sığınacaqdan kustar üsulla hazırlanan bombanın komponentləri aşkar edilib.

Məlum olub ki, həmin şəxs Moskvada hökumət binalarından birində partlayış törətməyi planlaşdırıb.

Təfərrüatlarla bağlı araşdırma aparılır.