Home Manşet Arzu Nağıyev: Motivasiyanın qurbanına çevrilməyin

Arzu Nağıyev: Motivasiyanın qurbanına çevrilməyin

894
0
SHARE
Mövzu ilə bağlı tan.az-a danışan Milli Məclisin deputatı Arzu Nağıyev bildirdi ki, dəfələrlə müxtəlif qurumların xəbərdarlıq etməsinə baxmayaraq, şəhidlərin sayı, şəkilləri, harada qulluq etməsi haqqında yenə də sosial şəbəkələrdə paylaşımlar edilir, müxtəlif media qurumlarında məlumatlar verilir: “Məlum məsələdir ki, hər bir şəhid barəsində olan məlumatlardan ermənilər öz xeyirlərinə istifadə edərək müvafiq kartotekalar hazılayırlar. Kimin hansı rütbədə və harda şəhid olduğunu, hansı rayonda dəfn edildiyi barədə məlumatlar yayırlar. Bir neçə dəfə müraciət etmişəm ki, ümumiyyətlə bu mövzuların yayılması qadağan olunsun. Kimisi reytinq naminə, kimisi özünü göstərmək üçün bu məlumatları yayırlar”.
Millət vəkili əlavə etdi ki, digər məsələ hərbçilərin özlərinin dislokasiya yerini göstərməklərindən ibarətdir: “Bəziləri bilmədən, bəzilərisə bilərəkdən bunu edir. Bu da çox ağır fəsadlara gətirib çıxarır. Son vaxtlar cəbhə bölgəsində olan media nümayəndləri də öz dislokasiya yerlərini göstərməyə başladılar. Düşmən də bundan müvafiq istiqamətdə istifadə edir. Əgər müharibə gedirsə, belə məsələlər qadağan edilməlidir. Müharibə tək səngərlərdə, diplomatik kanallarda getmir, eyni zamanda informasiya müharibəsi gedir. Buna görə də birmənalı şəkildə bu cür proseslərin qarşısı alınmalıdır. Hər bir vətəndaş bilməlidir ki, müharibə gedən ərazilərdə belə məsələləri qabartmaq olmaz”.