Home Manşet Ermənistan hökuməti alman deputatların Dağlıq Qarabağa səfərindən təbliğat məqsədləri üçün istifadə edir...

Ermənistan hökuməti alman deputatların Dağlıq Qarabağa səfərindən təbliğat məqsədləri üçün istifadə edir – Almaniya portalı

282
0
SHARE

Almaniyanın “TAZ” xəbər saytında “Millətçilər millətçilərlə görüşürlər” sərlövhəli məqalə dərc olunub.

Trend xəbər verir ki, məqalədə Almaniyanın “AfD” partiyasının Dağlıq Qarabağa nümayəndə heyəti göndərməsindən bəhs olunur. Bildirilir ki, “AfD” partiyası guya xristian Qərbi Dağlıq Qarabağdakı İslam istilasından qorumaq istəyir. Bu mövqe hər zaman “AfD”nin mahiyyətinin tərkib hissəsi olub. Halbuki, xristian Ermənistan ilə müsəlman Azərbaycan arasındakı müharibə dini məzmunda deyil. Belə ki, müharibənin dinlə heç bir əlaqəsi yoxdur. Məsələyə aydınlıq gətirmək üçün tarixi kitablara nəzər salmaq kifayətdir.

Müəllif diqqətə çatdırır ki, Sovet İttifaqının “mirası” olan münaqişə sərhədlər və ərazilər ilə bağlıdır. Andreas Kalbits kimi sağçı millətçilərin Dağlıq Qarabağa səfəri təəccüb doğurmur və bu, onun bölgəyə ilk səfəri deyil. Eyni zamanda, “AfD” partiyası Ermənistanın “Adekvad” qrupu ilə sıx münasibətlər saxlayır. Ermənistan hökuməti isə alman deputatların Dağlıq Qarabağa səfərindən özünün təbliğat məqsədləri üçün istifadə etməyə cəhd göstərir.