Home Manşet Şəbnəm Həsənova: Prezident İlham Əliyevin bu açıqlaması xalqın iradəsini əks etdirir

Şəbnəm Həsənova: Prezident İlham Əliyevin bu açıqlaması xalqın iradəsini əks etdirir

290
0
SHARE

“Xalqların öz müqəddəratını təyinetmə hüququ beynəlxalq hüququn iki mənbəyində – 1966-cı ildə qəbul olunmuş insan hüquqları ilə bağlı beynəlxalq paktda, BMT Baş Məclisinin müxtəlif bəyannamələrində, dövlətlərarası və beynəlxalq qeyri-hökumət təşkilatlarının sənədlərində təsdiq olunub”.

tan.az xəbər verir ki, bunu politoloq Şəbnəm Həsənova Prezident İlham Əliyevin Yaponiyanın “Nikkei” qəzetinə verdiyi müsahibədə “Dağlıq Qarabağda heç bir referendum olmayacaq. Azərbaycan danışıqlar zamanı buna razılıq verməyib və indi ərazinin böyük bir hissəsini geri alındığı bir vaxtda bundan söhbət gedə bilməz” fikrinə münasibətini ifadə edərkən deyib.

Ş.Həsənova qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Dağlıq Qarabağda heç bir referendum olmayacağı barədə açıqlaması beynəlxalq hüquq çərçivəsində olmaqla yanaşı, eyni zamanda Azərbaycan xalqının iradəsini də əks etdirir: “Çünki xalqımız heç vaxt Azərbaycan torpaqlarında ikinci erməni dövləti yaratmağa qəti icazə verməyəcək. Danışıqlar zamanı buna razılıq verməyən Azərbaycan dövləti və günahsız dinc əhali itkisi verən xalqımız indi ərazinin böyük bir hissəsini geri aldığımız bir vaxtda bununla qəti razılaşmayacaq. Cənab Prezidentin də dəfələrlə vurğuladığı kimi, Ermənistan xalqı ikinci dəfə bu hüquqlarından istifadə etmək istəyirsə, yaxşı olar ki, yer kürəsində başqa bir yer tapsınlar”.

“Bununla yanaşı, nəzərə alsaq ki, milli-mədəni muxtariyyət hüquqi dövlətdə millətlərin öz müqəddəratının təyin edilməsi hüququ ilə sıx bağlı olan ideyadır və etnik, dil və din azadlıqlarının mövcud olduğu ölkələrdə onların öz mədəniyyətlərindən faydalanmaq, öz dininə etiqad etmək və onun ayinlərini icra etmək, eləcə də, öz doğma dilini işlətmək hüququ rədd edilə bilməz, o zaman ermənilərin öz müqəddəratını təyinetmə məsələsi mədəni muxtariyyət çərçivəsində ola bilər. Bu praktikaya Avropanın inkişaf etmiş ölkələrində də rast gəlinir ki, insanların öz bələdiyyələrində, öz icmalarında müəyyən hüquqları var. Azərbaycanın istənilən yerində olduğu kimi, əlbəttə, Azərbaycanda yaşayan ermənilərin də bu formada təmasları ola bilər. Lakin Azərbaycan ərazisində ikinci Ermənistan dövlətinin yaradılmasından söhbət belə, gedə bilməz”, – politoloq əlavə edib.