Home Manşet Prezident İlham Əliyevin verdiyi müsahibələr yaşadığımız qürür tariximizin özü qədər tarixidir

Prezident İlham Əliyevin verdiyi müsahibələr yaşadığımız qürür tariximizin özü qədər tarixidir

639
0
SHARE
Sentaybr ayının 27-dən bu günə qədər davam edən qələbə dolu tarixi zəfər günlərimizdə Azərbaycan Prezidentinin, Ali Baş Komandanımız İlham Əliyevin ən müxtəlif televiziya kanallarına, qəzetlərə verdiyi müsahibələr yaşadığımız qürür tariximizin özü qədər tarixidir! Azərbaycan Prezidenti öz müsahibələrində rəsmən bir qalib sərkərdə kimi, hərbi-siyasi müstəvidə orudumuzun və diplomatiyamızın yolunu açır, onun irəliyə doğru maneəsiz hərəkət etməsi üçün bu müqəddəs yolu bir növ hərbi-strateji və diplomatik minalaradan, tələlərdən təmizləyir! Beləliklə, milli diplomatiya tariximizin yeni əsaslarını və strategiyasını təyin edir! Həm də bunu təkcə milli diplomatiya tariximizə yazılacaq üslub və tərzdə deyil, dünya diplomatiya tarixinə yazılacaq səviyyədə edir. Sonuncu belə nümunə Prezident İlham Əliyevin Fransanın “Figaro” qəzetinə verdiyi müsahibədir. Müxbirin təxribatçı, sətiraltı məzmunlu, riyakar, çaşdırıcı, hətta bəzən də hədələyici suallarına Prezident İlham Əliyev elə səbir, təmkin və və iti siyasi-diplomatik zəka ilə cavab veririrdi ki, mən hər dəqiqəsi qol vəziyyəti olan maraqlı bir futbol matçını izləyirmiş kimi nəfəsimi tutaraq izləyirdim və qürur duyurdum! Çünki bütün hallarda yaranmış mürəkkəb vəziyyət Prezident İlham Əliyevin mükəmməl kombinasiyalarından sonra bizim lehimizə qolla nəticələnirdi!
İndi isə qısaca olaraq şərh olunmasını vacib hesab etdiyim suallara diqqət edək…
Birinci sual  “ev tapşırığı” idi. İnformasiya strategiyası baxımından ona hesblanmışdı ki, yenə futbol termini ilə desək ilk dəqiqə qolu effekti yaratsın. Suala baxın …. -Cənab Prezident, birinci sualım belədir, nəyə görə Siz sentyabrın 27-də Dağlıq Qarabağa qarşı hücuma keçmisiniz və bu hərbi hücumun siyasi məqsədləri nədir?…  Prezident tərəfindən verilən cavab sarsıdıcıdır, həm sual və onun məntiqini alt-üst edir, həm də gözəl əks-hücum vəziyyəti yaradır! Buna diplomatiyanı şahmatla müqayisə edənlər maneənin üzərindən atlamağa imkan verən atla hücum taktikası deyirlər . “Biz sentyabrın 27-də Dağlıq Qarabağa qarşı hərbi hücuma keçməmişik, Ermənistan Azərbaycana qarşı hərbi hücuma keçmişdir. Bu hərbi hücumun ilk saatlarında bizim mülki şəxslər və hərbi qulluqçularımız arasında qurbanlarımız olmuşdur. Bu, üç ay müddətində Ermənistan tərəfindən Azərbaycana qarşı üçüncü hərbi təxribat idi… Biz onlara yalnız adekvat cavab verdik. Bunun nəticəsində biz Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazilərinin bir hissəsini azad etdik və azad etməyə davam edirik.” Bu cavabda ən azı üç məsələ var. Birincisi, “Dağlıq Qarbağ” iqnor edilir…. Ermənistanın Azərbaycana qarşı hücuma keçdiyi deyilir. İkincisi, hücumun nəticəsində mülki şəxslərin qurbana çevirilməsi qeyd edilməklə diqqət erməni terroruna çəkilir, üçüncüsu deyilir ki, Azərbaycan beynəlxalq səviyyədə tanınan ərazilərini bərpa edir və edəcək! Nə qədər sərrast, dolğun və məzmunlu cavabdır . Görünür fransalı müxbir o qədər qərəzlidir ki, ya da lap deyək ki, məlumatsızdır ki, başa düşümr ki, bir ölkə öz legitim ərazisinə qarşı, öz torpağına qarşı necə hücuma keçə bilər və burada hansı siyasi məqsəddən söhbət gedə bilər. Bu sualı verən zehniyyət, biz Qarabağın ikinci dəfə fəth olunmasına icazə verməyəcəyik zehniyyətidir. Ona görə də müxbirin bu sualı nə məlumatsızlıqdan, nə qərəzlilikdən irəli gəlirdi. Bu sual əvvəlcədən siyasi mətbəxdə hazırlanmış, xüsusi missiyalı təxribatçı sual idi. Ancaq məqsədinə çatmadı. Başqa bir sualda isə yuxarıda qeyd etdiyim hədələyici ton var idi. Sual belə idi–Bu, mənim sonuncu sualımdır. Cənab Prezident, Siz qorxmursunuz ki, bir müddətdən sonra Türkiyə Prezidenti Ərdoğan Şimali Kipr məsələsinə diqqətini cəmləmək üçün öz dəstəyini və Qafqazdakı siyasətini dayandırar?….Bu sualın sətiraltı məzmunu ondan ibarətdir ki, Fransa hazırda Aralıq dənizində maksimun ziddiyətlər yaratmaqla mümkün müharibə perspektivlərini nəzərdən keçirməyə çalışır və ciddi müttəfiqlər axtarışındadır. Kipr adası ətrafında bu ssenari baş tutarsa Türkiyə müharibəyə cəlb edilə bilər və onda Azərbaycan yaddan çıxa bilər ya da Türkiyənin siyasi dəstəyi indiki qədər olmaz. Başqa bir ssenaridə isə ola bilsin ki, Aralıq dənizində vəziyyəti gərginləşdirib Türkiyəyə yalnız Qafqazdan çəkiləcəyi təqdirdə Ağ dənizdə vəziyyəti normallaşdıra bilərik şərti qoyula bilər. Beləliklə Türkiyə Sizə olan dəstəyini çəkər. Onda Siz nə edərsiniz. Yaxşısı budur bütün bunları bəri başdan nəzərə alaraq geri çəkilin. Şübhə etmirəm ki, bu sual sadəcə bir müxbirin  hazırladığı sual deyildi. Toxunmadığım digər bütün başqa suallar kimi bu sual da Fransa siyasi-diplomatik strateqlərinin hazırladığl sual idi. Ancaq Prezident İlham Əliyevin mükəmməl siyasi-diplomatik zəkası qarşısında bircə anın içərisində fiaskoya uğradı. Cavab belə idi-  “Türkiyə və Azərbaycan qardaş ölkələrdir və bizim qardaşlığımız bir çox vəziyyətlərdə sınaqdan keçib. Bu konkret məsələdə Türkiyə Prezidenti Azərbaycana güclü dəstəyini açıq şəkildə ifadə etdi. … Bu, birincisi. İkincisi, demək istəyirəm ki, biz döyüş meydanında nə ediriksə özümüz edirik. Bəli, müasir silahlarla, müasir avadanlıqla, lakin Vətənimizi azad edən Azərbaycan əsgərləri və zabitləridir. Bizim Türkiyə ilə münasibətimizin böyük tarixi və daha da parlaq gələcəyi var. Zənnimcə, Türkiyənin Cənubi Qafqazın hər üç ölkəsi – Azərbaycan, Gürcüstan və Ermənistanla sərhədi olan dünyada yeganə ölkə kimi bu prosesə cəlb edilmək üçün legitim hüququ var. Çünki qonşu olaraq, region üçün sabitliyi, təhlükəsizliyi təmin edə bilən və təmin edən, gündəliyi çox aydın ölkə olaraq o, beynəlxalq hüququ müdafiə edir. Beynəlxalq hüquq deyir ki, bizim ərazilərimiz işğal altındadır. Beləliklə, o, nəyi səhv edir? O, sadəcə olaraq, beynəlxalq hüququn təmin olunmasını tələb edir. Ermənistan bunu etmək istəmir. Ermənistan Livandan erməniləri qanunsuz köçürməklə, azərbaycanlılara qarşı hərbi əməliyyatlarla, bizim tarixi və dini irsimizi dağıtmaqla 30 ildən çoxdur ki, torpaqlarımızı işğal altında saxlamaq istəyir. Türkiyənin rolu çox müsbətdir. Ermənistanla müharibə dayanandan və siyasi nizamlama həyata keçiriləndən sonra əminəm ki, Türkiyənin rolu çox mühüm və müsbət olacaq.” Əlbətdə bundan daha mükəmməl cavab ola bilməzdi. Bu cavabda həm Türkiyə-Azərbaycan qardaşlığının dünəni, bu günü və gələcəyi, həm şanlı Azərbaycan Ordusunun gücü, həm də gələcək diplomatik danışıqlarda və regionun post-müharibə dövründə Türkiyənin rolunun qiymətləndirilməsi və onun vacibliyi var idi. Azərbaycan Prezidenti İlham Əliyevə verilən bütün suallar həm də postmüharibə dövründə Azərbaycanın mövqeyinin və bu dövrdə ermənilərin vəziyyətinin necə olacağı haqqında təsəvvürlərin öyrənilməsi xarakteri daşıyırdı. Bu isə o deməkdir ki, artıq bütün dünya Azərbaycanın öz ərazi bütövlüyünü qısa müddətdə bərpa edəcəyini anlayır, onun gücünü qəbul edir və artıq gələcək yeni mərhələdə yeni şərtlərdəki münasibətlər haqqında düşünür .