Home Dünya xəbərləri İranda sutka ərzində koronavirusa yoluxanların sayı 10 mini keçdi

İranda sutka ərzində koronavirusa yoluxanların sayı 10 mini keçdi

322
0
SHARE

İranda ötən sutka ərzində 10 463 nəfər koronavirusa (COVID 19) yoluxub.

Trend-in məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib. Onun sözlərinə görə, bununla da İranda bu virusa yoluxanların sayı 692 949 nəfərə çatıb. Virus daşyıcılarından 5 561 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 458 nəfər koronavirusdan ölüb. Beləliklə İranda bu virusdan ölənlərin sayı 38 749 nəfərə yüksəlib.

İranda indiyədək 525 641 nəfər koronavirusdan sağalıb.

Ölkənin Tehran, İsfahan, Qum, Şərqi Azərbaycan, Cənubi Xorasan, Simnan, Qəzvin, Lorestan, Ərdəbil, Xuzistan, Kirmanşah, Kohgiluyə və Buyir-Əhməd, Gilan, Buşehr, Zəncan, İlam, Rəzəvi Xorasanı, Mazandaran, Çahar-Mahal və Bəxtuyari, Əlborz, Qərbi Azərbaycan, Mərkəzi, Kirman, Şimali Xorasan, Həmədan, Yəzd və Kürdüstan vilayətləri qırmızı zonalar hesab olunurlar.

İranda indiyədək 5,26 milyondan çox diaqnoz testi həyata keçirilib.