Home Dünya xəbərləri Meksikada daşqınlar – Onlarla ölü var

Meksikada daşqınlar – Onlarla ölü var

295
0
SHARE

Meksikanın cənubunda leysan yağışların səbəb olduğu daşqınlar nəticəsində azı 27 nəfər həlak olub.

Trend-in məlumatına görə, 22 nəfər Çiapas ştatında, daha 5 nəfər Tabasko ştatında həyatını itirib.

Bu bölgələrdə 157 mindən çox sakin təbiət hadisəsindən zərər çəkib. 54 min ev dağılıb.

 

Hazırda iki ştat ərazisində zərər çəkənlər üçün 208 müvəqqəti düşərgə salınıb. Burada 8 min nəfər yerləşdirilib.